Yuxarı

Rusiyadan ABŞ-a gedən 15 uşaq qayıtmadı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan ABŞ-a gedən 15 uşaq qayıtmadı

Mədəniyyət və turizm proqramında iştirak etmək üçün Rusiyadan ABŞ-a yollanmış 15 uşaq geri qayıtmayıb.

Axar.az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiyanın uşaq haqları üzrə səlahiyyətlisi Pavel Astaxov "Rossiyskaya qazeta"ya verdiyi müsahibədə məlumat verib. Pavel Astaxovun sözlərinə görə, artıq ilk dəfə deyil ki, uşaqları məbəniyyət, reabilitasiya, turist proqramları çərçivəsində ABŞ-a aparır və heç bir qeydiyyat olmadan, hər hansı bir status vermədən Amerika ailələrində saxlayırlar.

Moskvadakı ABŞ səfiri Con Tefft isə bildirib ki, Rusiya hökuməti ölkə məktəblilərinin FLEX proqramında iştirakının ləğvi qərarı haqqında diplomatik missiyaya məlumat verib. Halbuku bu proqram sayəsində onlar heç bir ödəniş etmədən Amerika ailələrində yaşaya və təhsillərini davam etdirə bilərdilər. Rusiya Elm və Təhsil Nazirliyi və uşaq haqları üzrə səlahiyyətli nümayəndə izah ediblər ki, FLEX çərçivəsində ABŞ-a getmiş şagirdlərdən yalnız birinə rəsmi şəkildə qəyyumluq müəyyənləşdirilib. Rusiya XİN ombudsmanı Konstantin Dolqov isə deyib ki, Rusiya ABŞ-la əməkdaşlığı davam etdirməyə hazırdır, amma Rusiyanın qanunlarına riayət etmək şərtilə.

Tarix
2014.10.02 / 19:21
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Simonyan: Ruslara dedim, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla