Yuxarı

Əfsanəvi aktrisanın eşq sirləri nəşr edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əfsanəvi aktrisanın eşq sirləri nəşr edildi

Dünya şöhrətli aktrisa Sofi Loren eşq sirlərini bütün dünyaya açıqlayıb.

80 yaşını qeyd edən italyan aktrisası Sofi Loren həmişə olduğu kimi, bu gün də məlahətli və füsunkardır. Dünyanın demək olar ki, bütün kino mükafatlarına layiq görülmüş aktrisanın iştirak etdiyi ən yaxşı filmlər "Dünən, bu gün, sabah", "İtalyansayağı nikah" və "Çoçara" hesab olunur.

Bu günlərdə Milanda Karl və Maurisio Rikkardilərin fotosərgiləri açılıb. Sərgidə Sofi Lorenin də həyatının ən müxtəlif anları əks olunmuş fotolar yer alıb. Loren həmçinin pərəstişkarlarını "Dünən, bu gün, sabah – mənim həyatım" kitabı ilə də sevindirib. Kitabda aktrisa özünün gizli romanlarından və məşhur kişilərlə macəralarından bəhs açır.

Kitab Sofinin Frenk Sinatr, Marçello Mastroyani və Keri Qrantla münasibətlərinə işıq salacaq. Odri Hepbernlə dostluğa isə ayrıca fəsil həsr edilib. Kitabda Keri Qrantla aktrisa arasında çəkiliş meydançasındaca alovlanan həyəcanlı məhəbbətdən də söz açılır.

Bundan başqa, xanımın şəxsi arxivində saxlanılan bəzi lentlər də ilk dəfə işıq üzü görüb. Kitabın prezentasiya mərasimi Romada italyan dilində baş tutub. İngilis versiyasını isə yalnız dekabrda izləmək mümkün olacaq.

Xatırladaq ki, Sofi Lorenin əsl adı – Sofiya Villani Şikolonedir. O 20 sentyabr 1934-cü ildə Romada anadan olub, 16 yaşından kinoda çəkilməyə başlayıb. 1953-cü ildə özündən təxminən 20 yaş böyük olan həyat yoldaşı Karl Pontinin təklifilə "Loren" soyadını götürüb. Aktrisanın iştirak etdiyi son film 2010-cu ildə ekranlara çıxıb.

Tarix
2014.10.03 / 02:45
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

MDB bu cür platforma kimi özünü təsdiqləyib

Azərbaycan XİN Uqandanı təbrik etdi

Prezident MDB Dövlət Başçıları Şurasının iclasında... - Foto

Paşinyan səhərini Azərbaycan mahnısı ilə açdı - Video

İlham Əliyev “Avaza” kompleksinə gəldi - Foto

Ümidvaram ki, Trampa Nobel mükafatı veriləcək

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla