Yuxarı

PKK səfərbərlik elan etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
PKK səfərbərlik elan etdi

Kürdüstan Fəhlə Partiyası (PKK) Suriya-Türkiyə sərhədində yerləşən Eyn əl Ərəb (Kobani) şəhərinin müdafiəsi üçün ümumi səfərbərlik elan edib.

APA-nın verdiyi xəbərə görə, bu barədə Livanın "Əl Mayədin" telekanalı məlumat yayıb.

Bu arada isə "İslam Dövləti" qüvvələri tərəfindən mühasirəyə alınmış şəhərdəki kürd özünümüdafiə dəstələri silahlıların hücumunu dəf etmək üçün mövqelərini möhkəmləndirirlər. Qızğın döyüşlərin Eyn əl Ərəb şəhərinin cənub-şərq hüdudlarından bir neçə yüz metr, qərb istiqamətində isə 2-3 km aralıda getdiyi bildirilir. Telekanal qeyd edir ki, terrorçular hər an müdafiə olunanların müqavimətini qıraraq, şəhərə daxil ola bilərlər.

Kürd özünümüdafiə dəstələrinə dəstək məqsədi ilə beynəlxalq koalisiyanın hava qüvvələri "İslam Dövləti"-nin ön mövqelərinə artıq 2 gündür ki güclü zərbələr endirir.

Suriyanın "Demokratik Birlik" Partiyasının lideri Salih Müslüm Qərbə müraciət edərək, Kobani şəhərinin müdafiəsini üçün kürd özünümüdafiə dəstələrinə təcili silah-sursatın verilməsini xahiş edib. Onun sözlərinə görə, yardımın vaxtında göstərilməyəcəyi təqdirdə, "İslam Dövləti" qüvvələri şəhəri ələ keçirərək bütün sakinləri edam edəcəklər.

Tarix
2014.10.03 / 09:36
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla