Yuxarı

İsraildən “Məhəmməd” qadağası

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsraildən “Məhəmməd” qadağası

İsrailin işğal etdiyi Fələstin torpaqlarında yeni doğulan uşaqlara ən çox verilən adın Məhəmməd olmasına baxmayaraq, yayımlanan statistikalarda bu ada rast gəlinməyib.

Axar.az xəbər verir ki, İsraildə keçən ilin ən məşhur adları açıqlanıb. Açıqlanan statistikada ərəblərin adlarına yer verilməyib.

İsrail Xəbər Agentliyi Haaretz-də çıxan xəbərə görə, İsrail statistika komitəsi ən məşhur adın Yusif (Yosef) olduğunu açıqlayıb. Yusifdən sonra ən məşhur adlar Tamar, Daniel, Ori, İtai, Ömər, Adəm, Noam, Ariel, Eytan və Daviddir.

Statistika komitəsi əvvəlki illər bu statistikaları müsəlmanlar, xristianlar və yəhudilər üçün ayrı-ayrı yayımlayırdı. Bu il təkcə ibranicə adlara yer verilməsinin səbəbi açıqlanmayıb.

Xatırladaq ki, İsrail işğalı altında olan bölgədə keçən il 90 min 646 oğlan, 85 min 584 qız uşağı doğulub. İsrailin işğal altında saxladığı torpaqlarda əhalinin sayının 8 milyon 180 min nəfər olduğu açıqlanıb.

Tarix
2014.10.03 / 19:27
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

Özümüzü istənilən çətinlikdən qorumaq üçün...

Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlir!

Bakıda mühüm forum: Prezident çıxış etdi - Foto

Bütün etnik qrup və dinlərin nümayəndələri birləşərək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla