Yuxarı

Akulalar Kaliforniya çimərliklərinin bağlanmasına səbəb oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Akulalar Kaliforniya çimərliklərinin bağlanmasına səbəb oldu

ABŞ-ın Kaliforniyadakı "Vanderberq" HSQ bazası yaxınlığında akulalar çimərlikdə insanlara hücum edib.

Axar.az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə səhər saatlarında "Röyter" agentliyi xəbər yayıb. Nəticədə bir sörfçü yaralansa da sağ qalıb. Yerli KİV-in yazdığına görə, hücum edən ağ akulanın uzunluğu 3-4 metr olub.

Kaliforniya hakim dairələri təhlükəsizliyi təmin etmək üçün üç yerli çimərliyi bağlayıb. Məlumata görə, Serf, Minutyemen və Voll çimərlikləri bazar günü axşam saatlarınadək bağlı olacaq.

Agentliyin qeyd etdiyi kimi, ABŞ-ın Sakit okean sahillərində akulanın hücumu nadir baş verən hallardandır. Belə ki, 1900-cu ildən bu yana Kaliforniya sahillərində 154 uyğun hadisə qeydə alınıb. Sonuncu dəfə akula hücumu nəticəsində ölüm faktı 2012-ci ilin oktyabrında baş verib. Son 60 ildə isə cəmi 13 ölüm halı qeydə alınıb.

Tarix
2014.10.05 / 12:44
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Azərbaycan və Ukrayna XİN başçıları görüşdü

Bayramov Ukraynada AXC-yə dair sənədlərə baxdı - Foto

Bayramov İrpen şəhərində - Foto

Ukraynaya qaz tədarük etməyə hazırıq - Nazir

Sibiqa Azərbaycana başsağlığı verdi

Proses sürətləndi: hökumət yeni modelə bu tarixdə keçəcək

Arutyunyan və digərlərinin məhkəməsində qərar...

Bayramovun səfəri: rus ekspertlər “hücuma” hazırlaşır

Bayramov Kiyevdə Ukrayna PUA-larına baxdı - Foto

Ceyhun Bayramov Ukraynada səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla