Yuxarı

Qəzzalılar son 7 ildə ilk dəfə Yerusəlimə gedə biləcəklər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəzzalılar son 7 ildə ilk dəfə Yerusəlimə gedə biləcəklər

İsrail yeddi ildə ilk dəfə olaraq Qurban bayramı münasibətilə Qəzza sakinlərinə Yerusəlimə keçməyə icazə verib.

Axar.az RİA Novosti-yə istinadla bildirir ki, bu barədə fələstinlilərin azadlıq hərəkatını dəstəkləyən Gişa ictimai təşkilatının nümayəndəsi məlumat verib. Onun bildirdiyinə görə, yaşı 60-dan yuxarı olan 500 nəfər Qəzza sakininə bazar günündən çərşənbə axşamınadək Yerusəlimdə olmağa icazə verilib.

"2007-ci ildən belə şey olmamışdı. Əvvəllər İsrail hökuməti xristian bayramları zamanı onlara Yerusəlimə getməyə icazə versə də, müsəlmanlara bu, yasaq idi", - deyə Gişa təşkilatının mətbuat katibi Şaya Qrünberq məlumat verib.

Qeyd edək ki, hazırda israil və fələstinlilər arasındakı münasibət əvvəlki kimi gərgin olaraq qalır. Belə ki, İsrail yeniyetmələrin oğurlanmasında HƏMAS hərəkatını ittiham edərək iyunda Qərb sahillərində son ildə ən böyük polis əməliyyatı keçirmişdi. Bu əməliyyat zamanı yüzlərlə ərəb saxlanılmışdı. Yəhudi məktəblilərinin isə cəsədləri tapılmışdı. Bunun ardınca HƏMAS-ın raket həmlələri başlamış və avqustun 26-da tərəflər arasında barışıq imzalanması ilə başa çatmışdı.

Tarix
2014.10.06 / 20:30
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla