Yuxarı

Alimlərin araşdırması düz çıxdı - Ebola Avropada

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alimlərin araşdırması düz çıxdı - Ebola Avropada

Ebola virusunun getdikcə Avropa ölkələrinə də yayılması barədə deyilənlər özünü doğruldur.

Axar.az xəbər verir ki, artıq İspaniyanın paytaxtı Madriddə bir tibb bacısında bu virusun aşkarlanması böyük narahatlığa səbəb olub. Bununla da Avropada ilk ebolaya yoluxma faktı təsdiqini tapıb. Madrid Sağlıq Dairəsi xəstəxanasında tibb bacısının qanında aparılan ikinci araşdırma da onun həqiqətən ebola virusuna yoluxduğunu təsdiqləyib. Ötən həftə sözügedən xəstəxanaya Afrikadan bu virusa yoluxmuş iki ispan vətəndaşı gətirilib. Həmin xəstələrin müayinəsi ilə sözügedən tibb bacısı məşğul olduğundan ehtimal olunur ki, virus da ona buradan yoluxub. Bununla da ilk dəfə Avropada yaşayan və heç vaxt Afrikada olmayan birində bu virus aşkarlanmış olub.

Bundan başqa, Norveç Sərhədsiz Həkimlər Birliyinin bir həkimi də Avropada yaşayan və bu virusa yoluxan ikinci şəxs hesab edilir. Həkim narahatlıq səbəbindən qan analizi verib və analizlərin cavabı həkimin ebolaya yoluxduğunu təsdiq edib.

Qeyd edək ki, bir müddət öncə, oktyabrın sonlarında amerikalı alimlər Böyük Britaniya və Fransa kimi ölkələrin bu virusa yoluxacaqlarını bildirmişdi. Bostonun Şimal-Şərq Universitetinin professoru Aleks Vespinyaninin araşdırmasına görə, bu virusun Fransada yayılma riski 75%, Böyük Britaniyada isə 50% təşkil edir. Bundan başqa, Belçika, İspaniya və İsveçrə kimi ölkələr də risk altındadır.

Tarix
2014.10.08 / 08:00
Müəllif
Nigar, Ülkər
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla