Yuxarı

Ay tutulması - Canlı yayım/Yeniləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ay tutulması - Canlı yayım/Yeniləndi

10:48

Ayın tam tutulmasını Rusiyanın Uşaq Şərq və Sibir sakinləri, ABŞ, Avstraliyanın şərq rayonları və Kanada əhalisi müşahidə edə biləcək.

Axar.az RİA Novosti-yə istinadla bildirir ki, bu barədə NASA məlumat yayıb. 2014-cü ildə Ayın ikinci tam tutulması bu gün – 8 oktyabrda saat 12.15-də başlayacaq və təxminən 2,5 saat sonra tam həddinə çatacaq. NASA saytı tutulmanı birbaşa translyasiya edəcək, agentliyin ekspertləri isə istifadəçilərin suallarını cavablandıracaqlar.

Qeyd edək ki, Yer, Günəş və Ay bir ox boyunca düzüləndə Yerin kölgəsi onun təbii peykinin əks etdirdiyi gün işığının qabağını kəsir və beləliklə, Ayın tutulması baş verir. NASA-nın məlumatına görə, tutulma zamanı Ay Yer atmosferinin sındırdığı günəş işığını əks etdirdiyindən, qırmızımtıl və narıncı çalar ala bilər, odur ki, bu hadisəni "qanlı Ay" da adlandırırlar.

Ekspertlərin qeyd etdiyi kimi, tutulma zamanı Ay səthindən Günəşə yönəlmiş temperatur 130 dərəcə selsidən mənfi 99 dərəcəyə enir.

2014-2015-ci illər üçün Ay 4 dəfə tutulmalıdır. Bu ilin birinci tutulmasını Yer sakinləri apreldə müşahidə edə biliblər. Növbəti tutulma bu gün, daha iki tutulma isə 2015-ci il aprelin 4-də və sentyabrın 28-də baş verəcək.

***


Broadcast live streaming video on Ustream

Tarix
2014.10.08 / 14:38
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü: mühüm müzakirə... - Foto

İlham Əliyev Nuveysi qəbul etdi

İllik təhsil xərclərinin miqdarı təsdiqləndi - Rəsmi

Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla