Yuxarı

Misirdə siyasi partiyaların yaradılması qadağan edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin əsas qanununa düzəlişlər edilməsi üçün yaradılan "Komissiya-50" adlı Konstitusiya Komissiyası ölkənin yeni konstitusiyasının layihəsini təsdiq edib.

"Axar.az"ın məlumatına görə, sənəd Misirin müvəqqəti prezidenti Ədli Mənsur tərəfindən imzalanmaq üçün ona təqdim ediləcək, Ə.Mənsur onu imzalayandan sonra isə konstitusiyaya dair ümumxalq referendumunun tarixi təyin ediləcək.

Sənədin preambulunda qeyd edilir ki, Misir Ərəb Respublikası mülki idarəetmə sistemli müasir demokratik dövlətdir. 247 maddədən ibarət olan Konstitusiyanın 45 maddəsi fəhlə və kəndlilərin hüquqlarına həsr edilib.

Yeni Konstitusiyaya görə, dini prinsip üzrə siyasi partiyalar yaradılması qadağan edilir. Sənəddə həmçinin Məşvərət Şurasının ləğv edilməsi və yalnız bir palatadan ibarət parlament yaradılması nəzərdə tutulub (bundan əvvəl ölkənin qanunvericilik orqanında iki palata vardı – Xalq Məclisi və Məşvərət Şurası).

Misirin yeni Konstitusiyasına əsasən, prezident vəzifəsinə namizədi ölkə parlamentinin ən azı 20 üzvü və ya səsvermə hüququna malik olan ən azı 25 min vətəndaş dəstəkləməlidir. Bu halda namizədi dəstəkləyənlər hər əyalətdən ən azı 1000 nəfər olmaqla ən azı 15 əyaləti təmsil etməlidirlər.

Konstitusiya ümumxalq referendumunda təsdiq ediləndən sonra prezident və parlament seçkiləri keçirilməsi üçün altı ay vaxt ayrılır. Prezident və parlament seçkilərinin keçirilməsi ardıcıllığı Misirin qanunları ilə tənzimlənəcəkdir. Bu halda həmin seçkilərdən birincisi əsas qanun qüvvəyə minəndən ən azı 30 gün və ən çoxu 90 gün sonra, digər seçkilər isə Konstitusiya qüvvəyə mindiyi gündən altı ay müddətində keçirilməlidir.

Yeni Konstitusiya layihəsində ölkənin müdafiə nazirinin Silahlı Qüvvələrin Ali Şurası ilə razılaşdırılmaqla təyin edilməsi nəzərdə tutulur.

Sənəddə müstəqil məhkəmə sistemi haqqında maddə vardır. Bu sistemdə hakimlər yalnız ölkənin qanunlarına tabedir, onlar bərabər hüquq və vəzifələrə malikdirlər.

Qeyd etmək lazımdır ki, Konstitusiya Komissiyasının tərkibinə əsas siyasi partiyaların və vətəndaş cəmiyyətinin, dünyəvi müxalifətin, dini icmaların nümayəndələri və digər məşhur ictimai xadimlər daxildir.

Tarix
2013.12.02 / 22:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla