Elm adamları ölümdən sonra
şüurun hələ bir müddət davam etdiyini kəşf edib.
Axar.az xəbər verir ki, elm adamlarının İngiltərə, ABŞ və
Avstraliyadakı 15 xəstəxanada infakt keçirən xəstələr üzərində
apardıqları araşdırma nəticəsində bu qənaətə gəliblər.
Belə ki, infakt olandan sonra kliniki ölüm keçirən iki mindən
çox insan üzərində aparılan araşdırma zamanı məlum olub ki, sağ
qalan xəstələrdən 40 faizinin beyin fəaliyyəti dayansa da, şüuru
hələ də yerində olub.
İnfakt keçirən 57 yaşlı bir qadının ürəyi 3 dəqiqə dayanmasına
baxmayaraq, yenidən həyata qayıtdığı zaman ətrafındakı həkimlərin
və tibb işçilərinin onun özünə gəlməsi üçün nələr etdiyini
detallarına qədər danışıb. Hətta xəstələrdən bir neçəsi ağ
parıltılı işıq gördüyünü, bəziləri isə boğulma hissi yaşadığını
bildirib. Bir neçəsi isə ətrafında baş verənlərə təəccübləndiyini,
çaşıb qaldığını bildirib.
Araşdırmanı həyata keçirən beynəlxalq qrupdan olan həkim Sam
Parnia qeyd edir ki, kliniki ölümdən sonra həyata geri dönən
xəstələrin bəziləri nəfəssiz qaldığı üçün beyini zərər görür və bu
səbəbdən ölüm anında yaşadıqlarını xatırlamırlar. Kliniki ölüm
keçirən və beyini zərər görməyənlərin isə bir müddət şüuru yerində
olur.
Həkim qeyd edir: "İnsan öləndən sonra nəyin getdiyini bilmirik,
ancaq əminik ki, şüur uzun müddət itmir".