Yuxarı

Tvitter ABŞ-ı məhkəməyə verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tvitter ABŞ-ı məhkəməyə verdi

Tvitter şirkəti Kaliforniya Federal məhkəməsində FTB və ABŞ Ədliyyə Nazirliyinə qarşı iddia qaldırıb.

Associated Press-in yaydığı məlumatda bildirilir ki, şirkət rəhbərliyi Amerika xüsusi xidmət orqanlarının məhkəmə sorğularına dair informasiyaların açılmasına qoyduğu qadağanı götürməyi tələb edib.

Şirkət Konstitusiyaya edilən Birinci düzəlişə istinad edir. Belə ki, adı çəkilən sənəd söz azadlığını təmin edərək məhkəmə sərəncamlarının dəqiq sayı haqqında məlumat yaymağa icazə verir:

"Biz güman edirik ki, Birinci düzəlişə müvafiq olaraq Amerika hökumətinin apardığı təqiblərin miqyasına dair informasiya təqdim etməklə istifadəçilərimizin narahatçılıqlarına, eləcə də ABŞ hökumət nümayəndələrinin bildirişlərinə cavab vermək hüququmuz var", – deyə şirkətin vitse-prezidenti Benjamin Li bildirib.

O qeyd edib ki, FTB və ABŞ Ədliyyə Nazirliyi şirkətin təqiblərə dair sorğular haqqındakı məlumatı çap etmək xahişini rədd edib. "Qanunvericilik hətta milli təhlükəsizliyin maraqları naminə istifadəçilərin məlumatlarının açılmasına hüquq-mühafizə orqanlarından hər hansı sorğunun olmamasını elan etməyi yasaqlayır", - Li əlavə edib.

Tarix
2014.10.09 / 02:45
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla