Yuxarı

Rus deputat MM-də tənqid olundu: Rusiyanın vasitəçiliyi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Rusiya münasibət yüksək səviyyədədir və inkişaf edir. Prezident İlham Əliyevlə Vladimir Putin arasında olan münasibətlər buna bir nümunədir.

Axar.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Sevinc Hüseynova deyib.

Millət vəkili bildirib ki, oktyabrın 7-də bir qrup qadın Azərbaycanın işğal edilən Dağlıq Qarabağ regionuna səfər edib:

“Qadınların "sülh kampaniyası" adı altında keçirilən tədbirdə, təəssüflər olsun ki, Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədr müavini Svetlana Jurova da iştirak edib. Dünya bilir ki, Dağlıq Qarabağda separatizm və müharibəni ermənilər başladıb. Jurova bilmir ki, Xocalı qətliamı zamanı 105 qadın və 63 uşaq qətlə yetirilib? Ümumiyyətlə, Dağlıq Qarabağda ermənilərin başlatdığı müharibə zamanı rus millətinin nümayəndələri də qətlə yetirilib. Onların arasında Azərbaycanın dörd milli qəhrəmanı da var”.

Deputat əlavə edib ki, Svetlana Jurovanın bu kampaniyaya qoşulması Rusiyanın Qarabağ münaqişəsində vasitəçiliyi missiyası haqqında mənfi fikirlər yarada bilər:

“Mən Azərbaycan-Rusiya dostluq qrupunun üzvü kimi rusiyalı həmkarlarıma müraciət edərək bu kimi səfərlərdən çəkinməyə çağırıram”.

Millət vəkili Əli Hüseynli isə çıxışında bildirib ki, həmkarı Mixail Zabelinlə birlikdə bununla bağlı Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə, eləcə də Dumanın müvafiq komitələrinə müraciət edib:

“Bəlkə də buna ciddi reaksiya verməyə dəyməzdi. Lakin Svetlana Jurova Dövlət Dumasının xarici əlaqələr komitəsinin sədr müavini və hakim partiyanın üzvüdür. Buna görə Rusiya hakim partiyasına da müraciət etmişik. Əmin ola bilərsiniz ki, bu məsələ diqqətdə saxlanılacaq. Biz müraciətimizdə qeyd etmişik ki, Dumanın üzvlərinə bu səfər haqqında məlumat versinlər. Bəzən onlar işğal edilən ərazilərə səfəri “ictimai aksiya” adı altında edilər. Lakin bilməlidirlər ki, siyasi fiqurların ictimai fəaliyyəti siyasi yük daşıyır. Onlar bundan çəkinməlidirlər. İndiki halda bizim dövlətlərarası münasibətlərə xələl gətirə bilərlər”.

Tarix
2018.10.12 / 13:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa demokratiya uğrunda mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla