Yuxarı

Prezidentin villasında kim yaşayır? – Fotolar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin villasında kim yaşayır? – Fotolar

Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin boş qalan "Mejiqore" iqamətgahında kimin qalması şübhələrə səbəb olub.

Axar.az xəbər verir ki, yerli jurnalistlərin araşdırmasından sonra eks-prezidentin boş qalan malikanəsində Ukrayna Baş prokurorunun müavini Anatoli Danilenkonun qaldığı məlum olub.

Anatoli Danilenko 140 hektar ərazidə yerləşən iqamətgahda yaşayır. İqamətgah yüksək şəkildə qorunur və ətrafda bir çox kameralar var.

Fotolar sosial şəbəkələrdə yayıldıqdan sonra qalmaqala səbəb olub.

Ukraynanın Baş prokuroru Vitali Yarema müavininin ünvanına səsləndirilən ittihamları rədd edib. O, belə bir iqamətgahın yalnız Anatoli Danilenkonun oğlunun biznesindən əldə edilən qazanc nəticəsində alına biləcəyini bildirib.

Qeyd edək ki, Ukrayna Ali Radasının sədri Aleksandr Turçinov bir müddət öncə şəffaflıq haqqında qanun imzalayıb. Qanuna görə, hökumət rəhbərləri və vəzifəli şəxslərin gəlirləri yoxlanılacaq.

Xatırladaq ki, Yanukoviç fevralda Ukraynanı tərk edərək Rusiyaya qaçıb və onun mülki yeni yaranan hökumətin əlinə keçib.

Tarix
2014.10.09 / 13:03
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla