Yuxarı

Çağdaş dünya insanının bəlaları – 4 bənd

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Texnologiyanın inkişafı həyatımızı asanlaşdırır, yoxsa daha da çətinləşdirir? Dünya böhranı, işsizlik, keçim sıxıntısı, xəstəliklər, harama meyl, münaqişə kimi mühüm problemlərin səbəbləri bunlardır:

1. Yer kürəsi ətrafında yaratdığımız dəmir kürə; orbitə buraxdığımız 6665 ədəd süni peykdən ibarətdir. Orbiti zibilləyərək kirlətdiyimiz bu qədər dəmir parçası həyatımızı asanlaşdırıb inkişafa sürət verərkən, fəsadlar da törədir.

2. Yer üzərindəki avtomobil sayı insan sayına yaxındır. Minik vasitələri insanın məkanda sürətli yerdəyişməsinə imkan yaratdığı kimi, ekologiyaya ziyan vuraraq, xəstəliklərə də şərait yaradır.

3. Mobil telefonların sayı insan sayından iki dəfə çoxdur. Bunun daha tez bir zamanda daha çox informasiya əldə etmək və dünya ilə əlaqə qurmaqda köməklik ilə yanaşı, ciddi mənfi təsirləri var.

4. Böyük fabriklərdə əvvəllər 200 nəfər işçiyə ehtiyac duyulurdusa, bu say maşın kimi qurğularla əvəz edilərək 50-yə endirildi. Elə aparat var ki, 20-50 nəfəri əvəz edir.

Bir sözlə, həyatımızı asanlaşdırmaq üçün sahib olmaq istədiyimiz maşınlar (qurğular, aparatlar, avadanlıqlar) həyatımızı ciddi bir şəkildə iflic edir.

Gəlin bir ailəyə lazım olan maşınlara diqqət salaq: avtomobil, telefon, kompüter, televizor, soyuducu, paltaryuyan, elektrik sobası, mikrodalğa, fen və evə doldurduğumuz onlarla həyat asanlaşdırma oyuncağı. Düzdür, bunlarsız həyatımızı təsəvvür edə bilmirik. Çünki bu maşınlar həyatımızı həm maraqlı edir, həm də asanlaşdırır. Digər tərəfdən də sahib olub mənimsədiyimiz şey-şüylər artdıqca qayğımız da bir o qədər artır. Texnologiyanın sürətli inkişafı maşınlara olan marağı artırır; hər yerdə maşınlara üstünlük veririk. Əvvəllər kolxozda yüzlərlə işçinin həyata keçirdiyi işi, indi kənd təsərrüfatında iki işçi iki maşın ilə həyata keçirir. Bir ölkənin iqtisadiyyatı üçün ən mühüm sektor kənd təsərrüfatı sektorudur. Dünya ölkələri az insan ilə az qısa bir zamanda, həddindən çox miqdarda məhsul istehsal etməyə nail olur. Dünyada 19 milyardlıq əhaliyə yetəcək qədər məhsul mövcuddur. Yalnız 1 milyardı təmin edib, 7 milyarda keçim sıxıntısı yaşadılır. Gördüyünüz kimi, dünyada bolluq varkən, səfalətə səbəb o bolluqdan bəhrələnməyə vasitə olan puldur. Pulu isə yenə də maşınlar istehsal edir. Pul da boldur, məhsul da. Bəs niyə sıxıntı var? Məhsulu (qida və ya avadanlığı) əldə etmək üçün o pul bizə qazanc yolu ilə verilir. Demək, maşınların istehsal etdiyi bolluqdan insan ancaq çalışaraq bəhrələnə bilər. Çalışma yerlərini isə üstünlük verdiyimiz maşınlar zəbt edib.

Tarix
2018.10.13 / 08:15
Müəllif
Elçin Eyvazlı
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla