Yuxarı

Tramp Bransonla görüşdü: Ərdoğan üçün asan olmadı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.10.13 - 20:05

ABŞ Prezidenti Donald Tramp keşiş Endryu Bransonun azad edilməsinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür etmək istədiyini deyib.

Axar.az xəbər verir ki, Tramp bu barədə şəxsi Tvitter səhifəsində yazıb.

“Azadlığa buraxılan keşiş Branson bu gün 14:30-da Oval ofisə gələcək. Onunla görüşmək və tanış olmaq möhtəşəm olacaq. O, çox yaxşı xristiandır və çətin təcrübə yaşayıb. Yardımlarına görə Prezident Ərdoğana təşəkkür etmək istəyirəm”.

Tramp başqa bir tvitində isə Bransona görə Türkiyə hökuməti ilə aralarında heç bir razılaşma olmadığını da təkrarlayıb:

“Keşiş Bransonun azadlığa çıxması və geri qaytarılmasında Türkiyə ilə hər hansı bir razılaşma olmayıb. Girovlar üçün razılaşma etmirəm”.

Qeyd edək ki, Endryu Branson oktyabrın 12-də məhkəmənin qərarı ilə sərbəst buraxılıb.

***

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keşiş Endryu Bransonla görüşüb.

Tramp Bransona azadlığa çıxmasından dolayı məmnunluq duyduğunu deyib:

“Sizinlə fəxr edirik. Hamımız üçün çox özəlsiniz. Bütün bu insanlar sizin üçün mübarizə aparıb. Uzun müzakirələrdən sonra qətiyyən nəsə ödəməyəcəyimizi söylədik. Azadlığa buraxılmasa, pis şeylər olacaq dedik.

Ərdoğanla münasibətlərimiz çox yaxşıdır. Bu məsələnin həll edilməməsinə çox təəccübləndim. Obama rəhbərliyi bu hadisəni həll edə bilmədi”.

Keşişlə söhbətləşən Tramp problemin həllinin Türkiyə üçün çətin olduğunu bildirib:

“Nələr yaşadığınızı bilirəm. Bunu reallaşdırdığı üçün Ərdoğana təşəkkür edirəm. Bu heç onun üçün də asan deyildi.

Evə qayıtmağınız böyük şərəfdir. “Bir daha Türkiyəyə gedərsinizmi?” - deyə soruşmaq istəmirəm. Türkiyə ilə münasibətlər gərgin idi”.

Tarix
2018.10.14 / 00:17
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla