Yuxarı

Ər-Riyaddan Qaşıqçı ilə bağlı növbəti açıqlama

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Səudiyyə Ərəbistanındakı bəzi media orqanlarının jurnalist Camal Qaşıqçının itkin düşməsi ilə bağlı Ər-Riyadı ittiham etməsi doğru deyil.

Axar.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Daxili İşlər naziri, şahzadə Əbdüləziz bin Səud bin Nəyif deyib. O, Səudiyyə hökumətinə qarşı bu formada hücum edilməsini qınayıb:

“Mediada jurnalisti öldürmə əmrinin verildiyi ilə bağlı iddialar heç bir əsası olmayan yalan və ittihamlardan ibarətdir. Səudiyyə Ərəbistanı hökuməti qanunlara, ənənələrə və beynəlxalq nizamnamələrə bağlıdır”.

Şahzadə Qaşıqçı olayı ilə bağlı həqiqətlərin ortaya çıxmasını istədiyini söyləyib. O, media orqanlarını doğru informasiya paylaşmağa və istintaqa təsir göstərməməyə çağırıb.

Qeyd edək ki, müxalifətçi ərəb jurnalist Camal Qaşıqçı oktyabrın 2-də rəsmi prosedurlarla əlaqədar Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və bir daha ondan xəbər almaq mümkün olmayıb. C.Qaşıqçının öldürüldüyü ehtimal edilir.

Tarix
2018.10.13 / 21:40
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla