Yuxarı

Camal Qaşıqçı kim idi? - Ömür yolu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İstanbulda Səudiyyə Ərəbistanının Baş Konsulluğuna daxil olduqdan sonra müəmmalı şəkildə yoxa çıxan jurnalist Camal Qaşıqçının ad günüdür.

Axar.az xəbər verir ki, Qaşıqçı 1958-ci ildə Mədinədə anadan olub. Orta məktəbi Səudiyyə Ərəbistanında bitirən Qaşıqçı 1982-ci ildə İndiana Dövlət Universitetində magistr təhsili aldıqdan sonra ölkəsinə dönüb.

1991-1999-cu illərdə "Əl- Mədinə" qəzetinin baş redaktoru olmaqla yanaşı, Əfqanıstan, Küveyt və Sudan kimi ölkələrdə müxbir kimi çalışıb.

1987-ci ildən 1995-ci ilə qədər Əl Qaidə terror təşkilatının keçmiş rəhbəri Üsamə Ben Ladenlə bir neçə dəfə reportaj hazırlayıb. Bundan başqa, bir neçə mətbuatda çalışan Qaşıqçı 2017-ci ilin sentyabrında Səudiyyə Ərəbistanını tərk edərək ABŞ-da yaşamağa başlayıb. O, bu illərdə "Vaşinqton Post" qəzetində köşə yazarı kimi də fəaliyyət göstərib.

Qeyd edək ki, bu gün 60 yaşı tamam olan səudiyyəli müxalif jurnalist Camal Qaşıqçı bir neçə gün öncə nikaha girmək üçün lazım olan sənədi almaq məqsədi ilə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olub və bir daha oradan çıxmayıb.

Tarix
2018.10.13 / 23:31
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla