Yuxarı

Müxalifətin mitinqinə görə SMS xidməti bağlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müxalifətin mitinqinə görə SMS xidməti bağlandı

Tacikistanın mobil rabitə operatorları ölkədə SMS xidmətini bağlayıblar.

Axar.az xəbər verir ki, bu barədə İnterfaks agentliyinə ölkədəki mobil operatorlardan birinin adının çəkilməsini istəməyən yüksək vəzifəli əməkdaşı məlumat verib.

"Dünən axşam biz Rabitə Xidmətindən SMS xidmətlərinin dayandırılması ilə bağlı xüsusi göstəriş aldıq. Səbəbini bizə demədilər. Bunun nə vaxta qədər davam edəcəyini də bilmirik", - mənbə bildirib.

"İnterfaks"ın məlumatına görə, bu gün Tacikistanda müxalifətin mitinqi gözlənilir. Tacikistan hökuməti paytaxt Düşənbədə ciddi təhlükəsizlik tədbirləri görüb. Şəhərin əksər yerlərində blok-postlar qurulub və zirehli texnika yeridilib. Mərkəzi küçələrə isə çoxlu sayda polis əməkdaşları yerləşdirilib.

Mitinqə çağırış isə ölkədə qeyri-leqal hesab olunan "Qrup 24" təşkilatı tərəfindən həyata keçirilib. Artıq həmin təşkilat ölkənin Ali Məhkəməsi tərəfindən dünəndən etibarən ekstremist elan olunub. Baş Prokurorluq isə həmin təşkilata üzv olanları istintaqdan uzaq olmaq üçün oradan uzaqlaşmağa çağırıb.

Qeyd edək ki, Düşənbədə icazəsiz mitinqin keçirilməsinə çağırış oktyabrın əvvəlindən başlayıb. Müxalifət ölkə prezidenti İmomali Rəhmanı istefaya səsləyir.

Tarix
2014.10.10 / 11:04
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla