Rusiya Avropa Birliyi ilə
yaxınlaşmağa qarşı deyil, amma bu cür addımların müzakirəsini açıq
və vaxtında aparmağa çağırır.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin
MDB dövlət başçılarının Minskdə keçirilən sammitində deyib.
"Biz heç vaxt Avropa Birliyi ilə yaxınlaşmağın əleyhinə
olmamışıq, əksinə, bizim özümüz də yaxınlaşmaq istəyirik.
Problemlər Rusiya Federasiyasının cavab və qoruyucu tədbirləri ilə
əlaqədar yaranmır, problemlər o zaman yaranır ki, tərəfdaşlarımız
Rusiya və MDB ölkələrinin iqtisadiyyatı ilə bağlı olan bütün
risqləri açıq, professional və vaxtında müzakirə etməyi vacib hesab
etmirlər. Əgər vaxtında belə müzakirələr aparılsaydı, heç bir
problem yaranmayacaqdı" , - Putin bildirib.
Putinin bunun Moldova və Ukraynaya aid olduğunu xüsusi
vurğulayıb.