Yuxarı

Davudoğlu: “Yalvarıram, sarılın”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Davudoğlu: “Yalvarıram, sarılın”

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Malatyada xalq qarşısında çıxış edib.

Axar.az xəbər verir ki, Kobanidə baş verənlərin Türkiyədə sabitliyə zərər vurmayacağını bildirən Baş nazir xalqı birləşməyə çağırıb:

"Yalvarıram, sabah səhər qalxın və ilk gördüyünüz qardaşınızla elə sarılın ki, kimsə bir daha qardaşı qardaşa düşmən edə bilməsin".

35 nəfərdən çox insanın həyatını itirdiyini deyən Davudoğlu insanları xarici qüvvələrin felinə uymamağa çağırıb:

"Bu gün birlik, bərabərlik günüdür. Malatya öz tarixi təcrübəsi ilə göstərdi ki, son günlər vandalizm hərəkətləri törədənlər buraya yaxınlaşa bilər".

Heç bir zaman türk millətinin məzhəb və etnik qruplara bölünməyəcəyini deyən Baş nazir çıxışında xalqı birliyə səsləyib:

"Türk, ərəb, sünni, şiə deməyin. Hamı birləşsin. Hansı partiyadan olduğunu soruşmayın, hansı şəhərdən olduğunu soruşmayın, hansı məzhəbdən, hansı etnik kimlikdən olduğunu soruşmayın. Yalnız qarşınızda duran insanın gözünün içinə baxın. Eşqlə, sevdayla, məhəbbətlə baxın".

Tarix
2014.10.10 / 23:26
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla