Yuxarı

Krım tələbələri himnə görə universitetdən qovulur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Krım tələbələri himnə görə universitetdən qovulur

Krım Sənaye-Pedaqoji Universitetinin tələbələrini ali məktəbdən xaric olunmaq təhlükəsi gözləyir.

Axar.az Unian.net-ə istinadən xəbər verir ki, tələbələr işğalçı hökumətin nümayəndəsi – "Krım dövlət şurasının spikeri" Vladimir Konstantinovu Ukrayna himni ilə qarşılayıblar. Bu barədə jurnalist Osman Paşayev özünün Facebook səhifəsində yazıb.

"FTX internetdə yayımlanan foto və videoda "qeydə alınmış" bütün tələbələri siyahıya alıb və indi aksiyanın təşkilatçısının kimliyini öyrənmək üçün onları təftiş edirlər. İşğalçılara və Moskva "gestapoçularına" müəllim Mustafa (Servinoviç) Ciləci yardım edir. "Dindirilmələr" də onun kabinetində aparılır.

Əgər Rusiyanın xüsusi xidmət orqanları Ukrayna himnini səsləndirdiklərinə görə 17-18 yaşlı oğlan və qızların təqibilə məşğuldursa, Rusiya böyük ölkədir", - deyə Paşayev əlavə edib.

"Ukrainskaya pravda" qəzetinin yazdığına görə, tələbələri artıq iki həftədir ki, dindirirlər. Əgər təşkilatçını tapsalar (daha doğrusu, "satsalar" – red.) heç kimə zərər verməyəcəklərini vəd edirlər.

Tarix
2014.10.11 / 16:14
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla