Yuxarı

İŞİD Səddam Hüseynin metodundan istifadə edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İŞİD Səddam Hüseynin metodundan istifadə edir

İraq Müdafiə Nazirliyinin nümayəndəsi Mühəmməd Əl-Əsgərinin sözlərinə görə, İŞİD silahlıları onların mövqelərinə zərbələr endirən beynəlxalq koalisiya təyyarələrini sıradan çıxarmaq üçün tüstü dumanı yaradır.

Axar.az RİA Novosti-yə istinadən bildirir ki, "Əl-Ərəbiyə" telekanalına müsahibə verən Mühəmməd Əl-Əsgər bu taktikanın neft quyularına od vuraraq bir neçə ay yanğının davam etməsinə səbəb olan Səddam Hüseyn qoşunlarından əxz edildiyini söyləyib. Lakin Səddamın döyüşçülərindən fərqli olaraq İŞİD-çilər tustü burumları yaratmaq üçün külli miqdarda avtomobil şinlərindən istifadə edirlər.

Nazirlik nümayndəsi 2003-cü ildə Amerikanın İraqa zorla müdaxiləsindən bəhs edərkən bildirib ki, bu fənd o zaman işləmədi, yəni beynəlxalq koallisiya təyyarələrinin İraq hərbi maşınını məhv etməsinə mane olmadı.

Əl-Əsgəri bu metodu faydasız adlandırır, çünki müasir təyyarələr hədəfi radarlar vasitəsilə müəyyənləşdirir və onları tüstü dumanı ilə zərərsizləşdirmək mümkün deyil.

Xatırladaq ki, ABŞ İŞİD-lə mübarizə üçün koalisiya qüvvələri yaradıb və bu qüvvələr Suriya və İraqdakı qruplaşmaların mövqelərinə hava zərbələri endirsə də, Prezident Barak Obama bildirib ki, İraqa quru qoşunları göndərməyəcək.

Tarix
2014.10.13 / 17:33
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla