Yuxarı

Britaniya Suriya savaşına qoşulmağı düşünmür

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniya Suriya savaşına qoşulmağı düşünmür

Britanya yaxın gələcəkdə ABŞ və Fars körfəzi ölkələrinin Suriyadakı İŞİD qruplaşmalarının mövqelərinə yönəlmiş hava zərbələri əməliyyatlarına qoşulmağı planlaşdırmır.

Axar.az RİA Novosti-yə istinadən bildirir ki, bu fikri Britaniya XİN başçısı Filip Hammond səsləndirib.

"Mən buna təcili zərurət görmürəm. Anladığım qədərilə, ABŞ Suriyada yerləşdirdiyi qüvvələrdən tam razıdır. Əlbəttə, heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir, ancaq indi, fikrimcə, belə bölgü yaxşı işləyir: biz İraqdakı məqsədlərə konsentrasiya olmuşuq, ABŞ və Fars körfəzi ölkələri isə Suriyaya cəmləşiblər", - deyə Hammond onu İraq səfərində müşayiət edən jurnalistlərə deyib.

Xatırladaq ki, Böyük Britaniya parlamenti sentyabrın 26-da İraqdakı İŞİD qruplaşmaları qüvvələrinə hava zərbələri endirilməsi əməliyyatında ölkənin iştirakına razılıq vermişdi. Baş nazir Devid Kemeron Böyük Britaniyanın Suriyadakı əməliyyatlara qoşulacağını istisna etmir, lakin bününçün mütləq parlamentin razılığı lazımdır.

Tarix
2014.10.14 / 01:50
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla