Xarici mətbuatda ABŞ-ın keçmiş dövlət katibi Hillari
Klintonun ABŞ senatorunun qəhvə fincanında əks olunmuş marixuana
yarpağına etdiyi zarafatın video yazısı yayılıb.
Axar.az RİA Novosti-yə istinadla bildirir ki,
xarici KİV-də yayımlanan video ictimaiyyətdə birmənalı reaksiya
doğurmayıb.
Koloradoya işğüzar səfəri zamanı Hillari Klinton ştat senatoru
Mark Yudalla qəhvəxanaların birində görüşüb. Görüş zamanı
siyasətçilər iki fincan qəhvə sifariş veriblər. Barmen sifarişi
yerinə yetirərkən hər fincanda südlə naxış çəkib: Hillari Klinton
üzərində donuz sifəti olan, Yudalla isə palıd yarpağı olan südlü
qəhvə alıblar.
Klinton özünün qəhvə fincanını görərkən çox təəccüblənib və
senatorun fincanına baxıb. "Baxın, sizdə... Nə isə yarpağa oxşayır,
- Klinton deyib. – Bu ki marixuana yarpağıdır?"
"Bu, məhz odur", - deyə barmen söhbətə qarışıb. Bu söhbətə
siyasətçilər və ətrafdakılar hamısı gülüşüb.
Xatırladaq ki, 2013-cü ildə ABŞ-ın iki ştatında – Vaşinqton və
Kolorado ştatlarında marixuananın satışı və istifadəsinə rəsmən
icazə verilib.