Yuxarı

Başına pul qoyulan çeçen liderin FSB qatili tutuldu - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Başına pul qoyulan çeçen liderin FSB qatili tutuldu - Video

Türkiyədə yaşayan məşhur çeçen lider Medet Unlunu qətlə yetirən şəxs ələ keçirilib.

Axar.az mücahidlərə yaxınlığı ilə seçilən "Kavkazcenter.com"a istinadən xəbər verir ki, ələ keçirilən şəxs 47 yaşlı Murad Aluçdur. Aluç Ankarada həbs edilib.

Qeyd edək ki, Medet Unlu keçən ilin mayında qətlə yetirilmişdi. O, Çeçen İçkeriya Respulikasının Türkiyədəki Diasporunun rəhbəri kimi tanınırdı. Unlu Rusiya və Kadırova qarşı sərt mövqeyi ilə seçilirdi. Onun Ərdoğanla da yaxın dostluğu olduğu deyilmişdi. Medet Unlunun ölümü üçün Murad Aluça Kadırov tərəfindən göstəriş verildiyi ilə bağlı müəyyən iddialar səsləndirilmişdi. Bu iddialar içərisində əmrin FSB-dən gəldiyi ilə bağlı məqamlar da yer almışdı.

Bəzi mətbuat orqanları isə Medet Unlunun Kadırovu təhqir etməsindən sonra öldürüldüyünü bildirmişdi. Həmçinin, Kadırovun bu ölümə görə Aluça 1 milyon dollar verdiyi iddi edilirdi. Unlunun ölümündən iki gün sonra Aluçun Rusiyaya qaçdığı xəbəri yayılmışdı.

Xatırladaq ki, o, Aslan Mashadovdan sonra çeçen mücahidlərinin lideri olan Əbdül Xalim Sadullayev tərəfindən o zaman Çeçen İçkeriyanın ikinci vitse-prezidenti Əhməd Zakayevin təklifi ilə Türkiyədə səfir vəzifəsinə təyin olunmuşdu. Sadullayev isə bundan bir il sonra, yəni 2006-cı ildə qətlə yetirilmiş və onu bu vəzifədə Doku Umarov əvəz etmişdi.

Tarix
2014.10.15 / 00:59
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla