Yuxarı

Tehran Körfəzlə körpülər qurur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranla "5+1" qrupunun nüvə razılaşmasından narahat olan Körfəz ölkələrinin narahatçılığını aradan götürmək üçün region ölkələrinə səfərə çıxan İran Xarici İşlər naziri Cavad Zərif Səudiyyə Ərəbistanına regional sabitlik üçün birlikdə iş qurmaq çağırışı edib.

Zərif, Küveyt və Ümmandakı danışıqlarından sonra dünən Dubaya keçərək Qatar əmiri Şeyx Təmim bin Həmid əl-Sani və həmkarı Xalid Atiyə ilə görüşüb.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zərif bir gün əvvəl Muskatda Sultan Kabus ilə görüşündən sonra razılaşmanın Körfəz ölkələrinin xeyrinə olduğunu bildirərək "Bölgədə və İslam dünyasında son dərəcə əhəmiyyətli olan Səudiyyə Ərəbistanı ilə əlaqələrimiz genişlənməlidir. İran və Səudiyyə Ərəbistanı bölgənin sülh və sabitliyi üçün birlikdə çalışa bilər",- deyib.

Nüvə razılaşmasının yolunu açan və altı ay davam edən Amerika-İran gizli görüşlərinə vasitəçilik edən Ümmana da təşəkkür edib. Zərif Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) də getmək istədiyini vurğulayıb. BƏƏ Xarici İşlər Naziri Abdullah Bin Zeyd keçən həftə səfəri zamanı İranla ortaq iqtisadiyyat komisiyyası qurmaq istədiklərini bildirmişdi.

Tarix
2013.12.03 / 15:48
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla