Yuxarı

İŞİD Səddam Hüseynin "ölümcül mirası"nı ələ keçirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İŞİD Səddam Hüseynin "ölümcül mirası"nı ələ keçirdi

İraqın sabiq Prezidenti Səddam Hüseyn dövründən qalan tək kimyəvi silah anbarı İŞİD-in əlinə keçib.

Axar.az xəbər verir ki, bu iddia ilə "Nyu York Tayms" qəzeti çıxış edib.

Ələ keçirilən anbarda minlərlə xardal qazı gülləsi, raketlər, siyanid və siklon kimi zəhərli qazı özündə ehtiva edən kimyəvi silahlar var.

ABŞ 2003-cü ildə İraqı işğal etdiyində Səddam Hüseyn tərəfindən aktiv olaraq həyata keçirilən bir kimyəvi silah proqramına rast gəlinmirdi, ancaq ABŞ ordusu İraq-İran müharibəsi dövründə kimyəvi silah anbarlarını artıq aşkar etmişdi.

ABŞ-lı əsgərlər tərəfindən aşkar edilən Səddam Hüseynin "ölümcül mirası" Pentaqon tərəfindən bir sirr olaraq saxlanılıb.

Pentaqonun Səddam Hüseynin aktiv olmayan kimyəvi silah proqramını gizli saxlamasının səbəbi isə İraqda olan kimyəvi silahların Qərb istehsalı olması idi. Suriyadakı kimi Sovet istehsalı deyildi.

ABŞ ilk dəfə 2009-cu ildə xəbərdar etmişdi

İraqı 2003-ci ildə işğal edən ABŞ Səddam Hüseynin "ölümcül mirası"ndan Kimyəvi Silahlara Qadağa Təşkilatını 2009-cu ildə xəbərdar etmişdi.

ABŞ-ın 2010-ci ildə İraqdan tamamilə çəkilməsindən sonra ilk dəfə olaraq kimyəvi silah anbarı İŞİD-in əlinə keçmiş oldu.

ABŞ Dövlət Katibliyi sözçüsü Cen Psaki isə İŞİD-in əlinə keçdiyi iddia edilən kimyəvi silah materiallarının hərbi baxımdan bir dəyəri olmadığını bəyan edib.

Tarix
2014.10.15 / 21:14
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla