Yuxarı

Vaşadzedən şok: Saakaşvili qərar verəcək...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan prezidenti seçiləcəyim təqdirdə Mixail Saakaşviliyə Gürcüstan vətəndaşlığını qaytaracağam.

Report-un məlumatına görə, bunu “Güc birlikdədir” siyasi blokunun prezidentliyə namizədi Qriqol Vaşadze “Deutsche Welle”yə müsahibəsində deyib.

Q.Vaşadze M.Saakaşvili ilə yanaşı, bütün siyasi məhbusları da əfv edəcəyəni bildirib:

“Hüquqşünas kimi mən ədalətin bərqərar olunmasını istəyirəm və bu, belə də olacaq. Gürcüstanın üçüncü prezidenti Gürcüstanda yaşamaq hüququ əldə edəcək. Mixail Saakaşvilinin bu hüquqdan istifadə edib-etməyəcəyi onun özündən asılı olacaq”.

Prezidentliyə namizəd Gürcüstanın hər bir dərrakəli vətəndaşı kimi ölkəni müasir dövlətə çevirdiyinə görə M.Saakaşviliyə minnətdar olduğunu qeyd edib: “Gürcüstanın hüquq-mühafizə orqanları və ya məhkəmə sisteminin Mixail Saakaşviliyə sualları varsa, o, bunlara cavab verməlidir. Əgər Saakaşvili Gürcüstanda özünün siyasi gələcəyini qurmaq istəyirsə, o zaman qərarı gürcü xalqı qəbul edəcək”.

Qeyd edək ki, Gürcüstanda prezident seçkilərinin ilk turu bu il oktyabrın 28-də keçirilib. Prezidentliyə namizədlərdən heç biri səslərin 50%-dən çoxunu qazana bilməyib. Ölkə qanunvericiliyinə əsasən, prezident seçkilərinin ikinci turu dekabrın 2-dən gec olmayaraq keçirilməlidir. İkinci turda mübarizə hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və “Güc birlikdədir” siyasi blokunun namizədi Qriqol Vaşadze arasında gedəcək.

Tarix
2018.11.07 / 15:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla