Yuxarı

Alman deputatlardan hökumətə Qarabağ sorğusu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alman deputatlardan hökumətə Qarabağ sorğusu

Almaniya Bundestaqındakı Solçular fraksiyasının deputatları Katrin Kunert, Volfgang Gerke, Annette Groth, Heike Hänsel, İnge Höger, Andrej Hunko, Mixael Leutert və Stefan Liebich AFR Hökumətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sorğu göndəriblər.

AzərTAc-ın məlumatına görə, sorğuda bu fraksiyasının mövqeyi olaraq BMT Təhlükəsizlik Şurasının, BMT Baş Assambleyasının, Avropa Şurası və digər beynəlxalq təşkilat və institutların qərar və qətnamələrinə əsasən Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğu qeyd olunur, azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağa və işğal olmuş digər ərazilərə geri qayıtmaq hüququ tanınır.

Solçular, ATƏT–in Minsk qrupunun sözügedən münaqişənin həlli ilə bağlı göstərdiyi səylərə AFR hökumətinin münaqişənin həllinə indiyə qədər verdiyi töhfə və bundan sonra göstərə biləcəyi köməklik, və s. məsələlərə aydınlıq gətirməsini istəyiblər.

Sənəddə, həmçinin Rusiyanın son zamanlar vasitəçilik səylərini artırmasına, eləcə də cari ilin avqust ayında təmas xəttində atəşkəsin intensiv şəkildə pozulmasının danışıqlar prosesinə təsiri barədə AFR hökumətinin mövqeyi soruşulur.

Tarix
2014.10.17 / 09:44
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla