Yuxarı

ABŞ raketlərini Avropaya yerləşdirmək fikrində deyil – Bolton

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hələlik Avropada kiçik və orta mənzilli raketlərin ləğvi haqqında razılaşma ilə qadağan edilmiş raketləri yerləşdirməyi planlaşdırmır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.

“Bu, ABŞ və alyans üçün qlobal strategiya məsələsidir. Biz müttəfiqlərimizlə bu məsələylə bağlı çox sıx məsləhətləşmələr aparırıq. ABŞ ümumi mövqenin hazırlanması məsələsində optimistdir.

Bu razılaşma çox köhnəlib. Hazırda dünyada bu müqavilə yalnız iki ölkəyə aiddir, üstəlik, Rusiya onun şərtlərini pozur. Bu isə o deməkdir ki, müqaviləyə yalnız bir ölkə sadiqdir. Çin, İran, Şimali Koreya, Hindistan, Pakistan bu müqaviləyə bağlı deyillər. Bizim dəyərləndirməmizə görə, Çində olan ballistik və qanadlı raketlərin üçdə biri bu müqaviləyə ziddir. Bu raketlər bizim Şərqi və Cənubi Şərqi Asiyadakı müttəfiqlərimizə təhdid yaradır. Digər tərəfdən, İranın orta mənzilli ballistik raketlərinin sayı Çindən də çoxdur. Bu isə Avropa ölkələrinə birbaşa təhdiddir”, – deyə o bildirib.

Tarix
2018.11.10 / 10:32
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla