Yuxarı

Klimkin: Rusiyaya qarşı sanksiyalar ağırlaşdırılacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qondarma Donetsk və Luqansk respublikalarında keçirilməsi nəzərdə tutulan seçkilər Rusiyaya qarşı beynəlxalq sanksiyaları ağırlaşdıracaq.

Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın Xarici İşlər naziri Pavel Klimkin Tvitter hesabında qeyd edib. O, Donbasda keçirilməsi planlaşdırılan seçkinin Ukraynaya qarşı cinayət olduğunu bildirərək, bu cinayətin cəzasının sanksiyalar olacağını vurğulayıb.

“Biz ortaqlarımızla birlikdə bunun üzərində çalışırıq”, - deyən Klimkin Rusiyanı sülh istəməməkdə günahladırıb. O, Donbas sakinlərindən seçkidə iştirak etməməyi istəyərək, yalnız Ukrayna tərəfindən keçirilən seçkilərdə səs verməyin lazım olduğunu qeyd edib.

Qeyd edək ki, qondarma Donetsk və Luqansk respublikalarında prezident və parlament seçkiləri noyabrın 11-də keçiriləcək. Kiyev seçki nəticələrini qəbul etməyəcəyini, Avropa Birliyi və ABŞ da sözügedən seçkilərin qanuni olmadığını bildirib.

Tarix
2018.11.10 / 22:09
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

İran-İsrail savaşının Bakıya təsiri... - Cəfərsoy

Tokayevin Paşinyana mühüm təklifi var - Naumov

Bayramov omanlı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla