Yuxarı

Partiya sədrinin ölümündə şok iddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Partiya sədrinin ölümündə şok iddia

Türkiyədə Böyük Birlik Partiyasının (BBP) keçmiş liderinin köməkçisi Mətin Gündoğdu qatıldığı televiziya proqramında şok iddia ilə çıxış edib.

Axar.az xəbər verir ki, Gündoğdu BBP-nin yaradıcısı Möhsün Yazıçıoğlunun qaranlıq ölümü ilə bağlı yeni iddia ilə çıxış edərək, qəzada Milli İstehbarat Təşkilatının (MİT) keçmiş bölmə sədri Ramazan Akyüreyi laqeydlikdə günahlandırıb.

Gündoğdu Türkiyədə böyük səs-küyə səbəb olan bu hadisənin pərdəarxası məqamlarına aydınlıq gətirərək, Yazıçıoğlunun dinlərarası dialoqa qarşı olduğunu deyib:

"Rəhmətlik Yazıcıoğlu nurçuların dinlərarası dialoq layihəsinə qarşı idi. Partiyada isə bir çox insan seçkilərində Ərdoğana dəstək verdi".

Yazıçıoğluynun ölümündə nurçuların əli olduğunu deyən Gündoğdu 2009-cu ildə baş verən qəzada Ramazan Aykürəyin bilavasitə rolu olduğunu açıqlayıb:

"2004-cü ildən etibarən Trabzondaki hadisələrlər zamanı bu quruluşun (Gülən camaatının) içində olduğu iddia edilən Ramazan Akyürək 2009-cu ildə rəhmətlik Muhsin Yazıcıoğlu vəfat edərkən kəşfiyyat dairə başçısı idi. Amma kəşfiyyat Yazıçıoğlunun axtarış xilasetmə işlərindən boyun qaçırdı. Buna görə onlar ittiham olunmalıdır".

Xatırladaq ki, 2009-cu il martın 25-də Möhsün Yazıçıoğlunu Qəhrəmanmaraşdan Yozqata aparan vertolyot naməlum səbəbdən qəzaya uğramışdı. Hələ də qaranlıq qalan qəzada 6 nəfər həyatını itirmişdi.

Tarix
2014.10.18 / 16:29
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla