Yuxarı

Devrilmiş lider: “Mən hələ də prezidentəm”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Devrilmiş lider: “Mən hələ də prezidentəm”

Hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılan Misirin keçmiş prezidenti Məhəmməd Mursi barəsində aparılan mühakiməni rədd edib.

Axar.az xəbər verir ki, hələ də özünü Misir prezidenti hesab edən keçmiş lider mühakiməni qanunsuz adlandırıb: "Mən hələ də bu ölkənin prezidentiyəm. Məhkəmə konstitusiyaya zidd olduğu üçün, iddiaya baxmağa səlahiyyəti olmadığı üçün mən bu məhkəməni tanımıram".

İddiaya baxan Qahirə Cəza Məhkəməsində çıxış edən Mursi ötən iclasda keçmiş Dövlət Təhlükəsizlik idarəsinin başçısı general-leytenant Həsən Əbdürrəhmanın şahid olaraq iştirak etməsini pisləyib:

"Əbdürrəhman keçmiş prezident Hüsnü Mübarəkin qarovulunda son 15 il ərzində seçkilərdə qanunsuzluğa yol verib. Əsl mühakimə olunmalı adam odur. Misir vətəndaşı və prezident olaraq əsl mühakimə olunması lazım olan adamın Əbdürrəhman olduğunu söyləmək istəyirəm. İnsanların azad iradələrinə yalan qatan odur. Onun şahidliyi əsla qəbul edilə bilməz. O məhkəməyə ancaq şübhəli qismində gətirilməlidir".

Çıxışında Misir xalqına səslənən Mursi xalqı mübarizəyə səsləyib: "Qətiyyətinizi göstərin. Hərbi hökumət devriləcək. Əbdürrəhman və tərəfdarları tarixin zibilliyinə atılacaq".

Xatırladaq ki, eksprezident 25 Yanvar 2011-ci ildə prezident Hüsnü Mübarəkin devrilməsi ilə nəticələnən xalq inqilabı zamanı "11 həbsxana və polis bölməsinə hücum, 3 zabiti qaçırmaq " ittihamları ilə mühakimə olunur.

Tarix
2014.10.19 / 01:11
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Ərdoğan Bakıdakı tədbirə onu göndərir

Fransa XİN başçısının Azərbaycanı hədəf alması...

Vyetnamın vitse-prezidenti Azərbaycana gəldi

İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi

Milli-mənəvi dəyərlər və tolerantlıq Azərbaycanın gücüdür

Lavrov sabah Bakıya səfər edəcək

Paşinyandan anklavlarla bağlı qəbuledilməz təklif

Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu...

Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün...

Azərbaycana qarşı hicab kampaniyası... - MHP-dən açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla