Yuxarı

Abdullah Gülün Ermənistan səfərinin şok təfərrüatı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abdullah Gülün Ermənistan səfərinin şok təfərrüatı

Türkiyənin keçmiş prezidenti Abdullah Gülün Ermənistan səfəri ilə bağlı maraqla iddia ortaya çıxıb.

Axar.az xəbər verir ki, İngiltərənin Ekzeter Universitetinin ingilis dili və ədəbiyyatı professor Cerald Makklen yazdığı "Abdullah Gül and The Making of Modern Turkey" adlı kitabında Güllə Ermənitan Prezidenti Serj Sarkisyanın 2008-ci ildəki görüşü haqqında maraqlı faktlar açıqlayıb.

Makklen yazır ki, Sarkisyanın 2008-ci ilin sentyabrın 6-da Türkiyə və Ermənistan komandaları arasında Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində İrəvanda keçiriləcək oyununu birgə izləmək dəvətindən sonra Gül jurnalist Murad Yetkindən Sarkisyana incə mesaj göndərməsini istəyir. Məhz Gül jurnalistin Sarkisyandan aldığı müsahibəni oxuduqdan sonra İrəvana getməyə qərar verdiyini söyləyib.

"Türkiyə və Ermənistan arasında diplomatic münasibətlər olmadığı üçün Abdullah Gül Sarkisyanla birbaşa əlaqə yaratmaq üçün normal kanallardan istifadə etmədi. Dolayısı ilə "Radikal" qəzetinin yazarı Murad Yetkinin yardımından istifadə etdi", - Makklen yazıb.

Murad Yetkin Serj Sarkisyandan İrəvanda müsahibə götürmüşdü. Daha sonra Yetkin bu barədə yazmışdı: "Çankaya köşkündən bir məmur avqustun 26-da mənə Güldən Sarkisyana bir mesaj göndərib göndərməyəcəyimi soruşmaq üçün zəng etdi. Mesaj Gülün Sarkisyana salamlarını və xoş arzularını çatdırmaq və onunla Astanada bir yerdə olmaqdan məmnun olduğunu bildirməkdən ibarət idi".

Yetkinin Sarkisyanla müsahibəsini oxuduqdan sonra Gül erməni prezidentin dəvətini qəbul edəcəyini açıqlamışdı.

Tarix
2014.10.20 / 12:20
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

İran atəşkəsə getməklə taktiki üstünlüyünü itirdi

Paşinyan haqlıdır, onun hakimiyyətə gəlişi... - Politoloq

Bakıda dördüncü görüşün keçirilməsi... - Koçinyan

Yeddi aya yağan yağış iki gündə yağdı - Video

Nifrət nə qədər az olarsa, Bakı ilə sülhə aparan yol... - Aratyan

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Hikmət Hacıyev Ermənistan nümayəndələri ilə görüşdü

Azərbaycan Ermənistana 887 ton dizel göndərdi

İslamabadda kim güzəştə gedəcək: İran, yoxsa ABŞ?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla