Yuxarı

Rusiya qorxunc silahını sınaqdan keçirir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya qorxunc silahını sınaqdan keçirir

"Yuri Dolqoruki" sualtı qayığına yerləşdirilmiş qitələrarası ballistik "Bulava" raketinin buraxılması oktyabrın sonlarında nəzərdə tutulub, lakin Ağ dəniz rayonunda havanın pisləşməsilə sınaq tarixi dəyişdirilə bilər.

Axar.az RİA Novosti-yə istinadən bildirir ki, Rusiya Müdafiə Sənayesi Kompleksindən sınağın keçirilməsilə bağlı açıqlama versələr də, dəqiq tarix söyləməkdən yayınıblar.

"Hər şey bir çox xarici faktorlardan – havadan, dənizdəki durumdan asılıdır. Sualtı qayıq verilən tapşırıqları yerinə yetirə bilər, lakin atışlar məhz həmin gün baş tutmaya bilər", - məlumatda qeyd olunub.

Rusiya Hərbi Dəniz Donanmasının (HDD) başçısı Viktor Çikov bildirib ki, "Bulava" raketinin atışları oktyabr-noyabr aylarında "Borey" layihəsinin iki sualtı atom qayığı ilə həyata keçiriləcək.

Qeyd edək ki, "Bulava" sualtı qayıqlarda yerləşdirilmiş yeni üçpilləli raketdir. Hazırda Rusiya HDD tərkibində 955 "Borey" layihəsinin iki sualtı qayığı var: "Yuri Dolqoruki" və "Aleksandr Nevski". 2020-ci ilədək bu sinifdən olan daha səkkiz sualtı qayığın hazırlanması planlaşdırılır.

Tarix
2014.10.20 / 14:19
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla