Yuxarı

Almaniyada “erməni soyqırımı”na qarşı etiraz aksiyası

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniyada “erməni soyqırımı”na qarşı etiraz aksiyası

Azərbaycanın və Türkiyənin diaspor təşkilatları qondarma "erməni soyqırımı" iddialarının aradan qaldırılması tələbi ilə Almaniyanın Düsseldorf şəhərində etiraz nümayişi keçirib.

AzərTac xəbər verir ki, nümayişçilər Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətindəki orta məktəb dərsliklərinə 1915-ci il hadisələri ilə bağlı təhrif olunmuş, qərəzli, Türkiyənin beynəlxalq nüfuzuna zərər gətirən ifadələrin yer aldığı məlumatların yerləşdirilməsinə etiraz ediblər.

"Bizə qulaq asın!" şüarı ilə Almaniyanın dövlət və hökumət orqanlarından, o cümlədən vilayətin parlamentindən tələb irəli sürən etirazçılar Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını dalğalandıraraq birlik nümayiş etdiriblər. Nümayişdə Almaniya tərəfinin qondarma "erməni soyqırımı" iddialarına qarşı tədbir görməsi tələbi ilə 8 min imza toplanıb.

Tarix
2014.10.21 / 13:23
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla