Yuxarı

Şok: Öcalan azadlığa buraxıla bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şok: Öcalan azadlığa buraxıla bilər

Türkiyə mətbuatında yer alan xəbərlərə görə, İmralı adasında ömürlük həbsə məhkum edilən PKK lideri Abdullah Öcalana ev dustaqlığı təklif edilib.

Axar.az xəbər verir ki, "Yeniçağ" qəzetinin Ankara nümayəndəsi Əhməd Takan belə bir iddia ilə çıxış edərək hökumət nümayəndələri ilə PKK lideri arasında razılıq əldə olunduğunu deyib:

"Baş nazir Əhməd Davudoğlu Apo ilə anlaşmaq üçün xüsusi qrup ayırıb və danışıqlar aparılıb. Bu qrup Öcalana ev dustaqlığı təklif edib".

İddialara görə, bələdiyyə seçkilərindən bir müddət öncə Apo ilə danışıqlar aparan hökumət nümayəndələri "Seçkilərə qədər PKK-nı nümayişlərə buraxma, səni Diyarbəkirə göndərək" təklifini verib.

Jurnalist onu da bildirib ki, bu ilin aprelində keçirilən bələdiyyə seçkiləri zamanı Apoya "geri çəkilmək" barədə məktub yazdırılıb və faktiki razılıq əldə olunub.

Tarix
2014.10.22 / 15:25
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla