Yuxarı

Mosul dəhşətləri: İŞİD-çilər bir-bir evləri gəzir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mosul dəhşətləri: İŞİD-çilər bir-bir evləri gəzir

ABŞ-da fəaliyyət göstərən "Vox" saytı İŞİD nəzarətində olan Mosulda həyatın necə keçdiyini açıqlayıb.

Axar.az xəbər verir ki, Feysbuk sosial şəbəkəsində "Mosul Eye" səhifəsində paylaşılan məlumatlara istinad edən dərgi sakinlərin Mosuldakı həyatı kabus adlandırdığını qeyd edib.

Səhifədə paylaşılan məlumatlar bir çox məqamlara aydınlıq gətirib:

"Su gün ərzində iki dəfə verilir. Burada həyat cəhənnəmdir. Şəhərdə elektrik yoxdur. Neft məhsullarının qiyməti gün-gündən artır. İşsizlik baş alıb gedir. İnsanlar yeməyə heç nə tapmır. Terrorçular dərman satışını qadağan edib. Bütün dərman anbarları yalnız yaralanan terrorçulara xidmət edir".

Sosial şəbəkədə paylaşılan məlumatlara görə, İŞİD terrorçuları Mosulda istədikləri evi özününküləşdirir:

"Terrorçular istədikləri evi ələ keçirir. Məktəblərə demək olar ki, şagirdlər getmir. Ən böyük zərəri isə Mosul qadınları görür... Qadınlar qorxularından evdən çıxa bilmirlər. Buna baxmayaraq, terrorçular bir-bir evləri axtarır".

Qeyd edək ki, həmin səhifədə özünü professor olaraq təqdim edən qadın şəhərdəki durumu izah edib:

"Mən İngiltərədə yaşayıb təhsil almışam. Dünyəvi, liberal, vətəndaş cəmiyyəti görmüşəm. Nəfəs aldığım müddətdə evimi tərk etməyəcəyəm. İyunun 10-dan bu günə kimi evdən çölə çıxmamışam".

Tarix
2014.10.23 / 14:27
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Kartlarla bağlı limit: İstisna hallar olacaq - Deputat

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Bakı və Bişkekin 200 milyon dollarlıq birgə fondu...

Kartlara limit tətbiq edilməsi tənqid edildi

Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq...

Nassim Taleb Azərbaycana gəlməkdən imtina etdi - Səbəb

BTQ bu sənədi sərt şəkildə pislədi

1622-ci gün: Rusiyanın itkiləri yeniləndi

Türkiyədən Azərbaycanla bağlı mühüm addım...

İkram Kərimov vəfat etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla