Yuxarı

Ağ Evin mühafizə sistemi dəyişdi, qayda isə yox

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağ Evin mühafizə sistemi dəyişdi, qayda isə yox

Ağ Evin mühafizə sisteminə yenidən baxılması onun simvolik mənasını dəyişmir və sadə insanların ora keçməsinin qarşısını almır.

Axar.az RİA Novosti-yə istinadla bildirir ki, bu barədə Ağ Ev nümayəndəsi Coş Ernest bildirib.

"Ağ Evi mütləq ictimaiyyət üçün qorumaq lazımdır. Bu məsələdə ilk növbədə ABŞ prezidenti və onun ailəsinin, eləcə də administrasiyanın əməkdaşlarının təhlükəsizliyi məsələsi prioritet olmalıdır", - deyə Ernest bildirib.
Prezidentin mətbuat katibi qeyd edib ki, təhlükəsizlik xidməti ekspertləri tədbirlər paketini incələyir: buraya həm təhlükəsizlik sisteminin texnoloji tərkib hissələri, həm də fiziki maneələr, misalçün "hasarlamalar" nəzərdə tutulub. Onun sözlərinə görə, əsas mühafizə ilə bağlı qarşıya qoyulan vəzifə ilə yanaşı, Ağ Evin dəyişməz statusunu – xalq evi statusunu da qoruyub saxlamaq lazımdır. Belə ki, hər gün neçə-neçə turistlə yanaşı, minlərlə amerikalı öz hökumətlərinin icraedici qolunu iş başında görmək üçün buraya gəlir.

Xatırladaq ki, bir müddət öncə silahlı şəxsin Ağ Evə daxil ola bilməsi mühafizənin gücləndirilməsi məsələsi gündəmə gətirib.

Tarix
2014.10.24 / 01:06
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla