Yuxarı

Feysbuk yaradıcısı Çini öz dili ilə fəth etmək istəyir - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Feysbuk yaradıcısı Çini öz dili ilə fəth etmək istəyir - Video

Feysbukun yaradıcısı Mark Zukerberq Çin dilində sərbəst danışdığını nümayiş etdirib.

Axar.az Lenta.ru-ya istinadən xəbər verir ki, Mark Zukerberq Pekində Sinxua Universitetində çıxışı zamanı Çin dilində danışıb. Onun Çin dilində danışığı və etdiyi zarafatlar yaddaqalan olub.

Sosial şəbəkə təsisçisi oktyabrın 22-də 30 dəqiqəlik sual-cavab sessiyasında iştirak edib.

Sessiya zamanı daha çox insanların internetə qoşulması, İnternet.org layihəsi və Feysbukun inkişaf mərhələləri müzakirə olunub. O, həmçinin Sinxua Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Müşahidə Şurasının üzvü seçilib.

M.Zukerberqin Çin dilini 2010-cu ildən öyrənməyə başlayıb.

O bildirib ki, həmişə Çin mədəniyyəti ilə maraqlanıb, dilin öyrənilməsi isə mədəniyyət haqqında daha məlumatlı olmaq üçün əla vasitədir.

Qeyd edək ki, yoldaşı Prinsella Çan Çin əsilli ABŞ vətəndaşıdır, Çin dilinin Mandarin ləhcəsində danışır.

Xatırladaq ki, Çində Feysbuk və ABŞ-ın digər populyar onlayn servislərinə çıxış rəsmən bağlıdır.

Tarix
2014.10.24 / 01:23
Müəllif
Günay Ali
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla