Yuxarı

Putindən Ərdoğana: Türkiyə bunu bir daha təsdiqlədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:44

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında ikili görüş keçiriləcək.

Axar.az xəbər verir ki, Ərdoğanın G20 sammiti çərçivəsində Trampla bu gün saat 20:20-də ikinci dəfə görüşəcək. Türkiyə liderinin daha sonra rusiyalı həmkarı Putinlə görüşü gözlənilir. Bundan əlavə, Ərdoğan Yaponiya və İngiltərənin baş nazirləri ilə bir araya gələcək.

Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti sammit çərçivəsində Trampla ayaqüstü görüşərək söhbətləşib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

Ərdoğan görüşdən əvvəl verdiyi qısa açıqlamada bunları deyib:

"Həyati mövzularda görüşmək imkanımız oldu. İdliblə bağlı dördlü zirvə əhəmiyyət daşıyır. İdliblə bağlı atmağımız lazım olan fərqli addımlar var. Qısa da olsa, İdliblə bağlı görüşü doğru sayıram. "Türk axını" ilə bağlı görüşlər mühüm əhəmiyyət kəsb edir".

***

Ərdoğanla Putinin görüşü başa çatıb. Görüş təxminən 1 saat davam edib.

Görüşdə Putin Ərdoğana bu günə qədər həll edilməyən problemlərin çözümündə yardım etdiyi üçün təşəkkür edib. Putin qeyd edib ki, Ankara Moskva üçün etibarlı tərəfdaşdır:

"Türkiyə siyasətinin müstəqil və etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləmiş oldu. Bu addım milli iqtisadiyyatımızın marağına, bütün Avropanın enerji təhlükəsizliyinin mənafeyinə uyğundur".

Ərdoğan da öz növbəsində Rusiya lideri Vladimir Putinə İdliblə bağlı daha bir zirvə görüşünün keçirilməsini təklif edib.

Tarix
2018.12.01 / 20:05
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla