Yuxarı

Rus terrorçu ABŞ-da mühakimə olunacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus terrorçu ABŞ-da mühakimə olunacaq

2009-cu ildə Əfqanıstanda koalisiya qüvvələri tərəfindən həbs edilən Rusiya vətəndaşı İrek Hamidullin tezliklə Amerikaya gətiriləcək və federal məhkəmə qarşısında dayanacaq.

Axar.az xəbər verir ki, bu barədə "Vaşinqton Post" qəzeti məlumat yayıb. Hamidullin həbs olunduğu bu illər ərzində Amerikanın Əfqanıstandakı hərbi hissəsində saxlanılırdı. Bu yaxınlarda hökumət nümayəndələri onun ABŞ-a gətirilməsi haqqında Konqresi məlumatlandırıblar.

Konqress Quantanamo həbsxanasından dustaqların ABŞ-a ekstradisiyasını qadağan edib, lakin bu qanun Əfqanıstanda həbs edilmiş şəxslərə şamil edilmir.

Qəzetin yazdığına görə, Hamidullin Virciniya ştatında federal məhkəmədə mühakimə ediləcək.

Xatırladaq ki, mart ayında Rusiya XİN-in insan haqları üzrə səlahiyyətlisi Konstantin Dolqov Vaşinqtonun hələ Hamidullinin 2009-cu ildən həbs edilməsi barədə Moskvaya rəsmi məlumat vermədiyini bildirmişdi.

Hamidullin "Ət-Təkfir vəl-Hicrə" təşkilatının üzvü olmaqda, Əfqanıstanda ABŞ qoşunlarına qarşı döyüşlərdə, xüsusilə də 2009-cu ildə bir neçə nəfərin ölümü və yaralanması ilə nəticələnmiş hücumda iştirak etməkdə günahlandırılır.

Tarix
2014.10.24 / 09:42
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla