Yuxarı

Çin ağ bayraq qaldırır: Ticarət savaşını Tramp qazanır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin ağ bayraq qaldırır: Ticarət savaşını Tramp qazanır

Çin lideri Si Szinpinlə ABŞ Prezidenti Donald Tramp iki ölkə arasında münasibətlərin mütləq yoluna qoyulması barədə razılaşıb.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çin Xarici İşlər naziri Van İ deyib. Onun sözlərinə görə, iki saat yarım davam edən görüş dostluq şəraitində keçib, danışıqlar isə pozitiv olub. Görüşdə tərəflər həmçinin 1 yanvardan etibarən əlavə gömrük rüsumlarının tətbiq edilməməsi və bütün əlavə tariflərin ləğvi barədə danışıqların artırılması barədə razılaşıblar.

ABŞ prezidentinin mətbuat katibi Sara Sanders isə Çinin ABŞ-dan əhəmiyyətli həcmdə kənd təsərrüfatı, enerji, sənaye və digər mallar almağa razılıq verdiyini, bununla ABŞ-la olan ticarət disbalansını bağlamağa çalışdığını bildirib. O, həmçinin ABŞ Prezidenti Donald Trampın Çinə qarşı rüsumları yanvarın 1-dən 10%-dən 25%-ə qaldırmamağa razılıq verdiyini deyib. Bununla belə Sanders 90 gün ərzində Çinlə əsas ticarət məsələlərində razılıq əldə edilməyəcəyi halda rüsumların 25%-ə qaldırılacağını vurğulayıb.

Tarix
2018.12.02 / 11:58
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla