Yuxarı

Ermənistanda terror ehtimalı böyükdür - Deputatlar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda hansısa fövqəladə hadisə baş verməsə, Paşinyan istəyinə nail olacaq.

Bu sözləri Axar.az-a Ermənistanda növbədənkənar parlament seçkilərinə 4 gün qalmış bu ölkədəki ümumi vəziyyəti şərh edən millət vəkili Rasim Musabəyov deyib.

“Hələlik Ermənistanda seçkiqabağı vəziyyət nəzarətdədir. Ancaq seçki günü Ermənistanda terrorun baş verməsi də mümkündür. Əgər hansısa fövqəladə hadisə baş verməsə, Paşinyan parlamentdə çoxluğu qazanacaq”, - deputat bildirib.

R.Musabəyov Ermənistandakı seçkilərə Rusiyanın müdaxiləsinin gözlənilmədiyini deyib.

Millət vəkili Asim Mollazadə də Paşinyanın parlamentdə çoxluğu əldə edə biləcəyini deyib:

“Hələlik proseslər məhz hakimiyyətdə olan qüvvələrin əlində qalacaq. Sadəcə olaraq sonrakı proseslərin hüquqi müstəvidə davam etməsi sual altındadır. Çünki parlament seçkilərində məğlub olmuş qüvvələr hakimiyyətə qayıtmaq üçün müvafiq addımlar atacaqlar”.

Deputat seçki ərəfəsində Ermənistanda terakt ehtimalının yüksək olduğunu bildirib:

“Ermənilərin hər zaman terror təşkilatları ilə müəyyən əlaqələri olub. Ermənistanda indiyə kimi hakimiyyətə hərbi cinayətkarlar rəhbərlik edib. Bu baxımdan da dörd gün sonra Ermənistanda baş tutacaq hakimiyyət mübarizəsində istənilən üsullardan istifadə oluna bilər”.

Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri 9 dekabrda keçiriləcək.

Tarix
2018.12.05 / 13:59
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla