Yuxarı

Namus üstündə edam edilən qadın - Təfərrüat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Namus üstündə edam edilən qadın - Təfərrüat

İranlı qadının namus üstündə öldürdüyü ETALAAT-ın keçmiş üzvü barədə cinayətin təfərrüatı bəlli olub.

Axar.az xəbər verir ki, Beynəlxalq Əfv Təşkilatı və beynəlxalq insan hüquqları təşkilatlarının edamın təxirə salınması üçün etdiyi çağırışlar nəticəsiz qalıb. İran 26 yaşlı Cabbarini edam edib.

Cabbari 2007-ci ildə Morteza Əbdolali Sarbandi adlı keçmiş kəşfiyyat işçisini öldürməkdə ittiham edilərək həbs edilmişdi. 2009-cu ildə isə barəsində edam qərarı verilmişdi. Son iki ay ərzində Cabbari nə ailəsi, nə də vəkilləri ilə görüşə buraxılırdı.

Məhkəmədə Morteza Sarbandinin ona təcavüz etməyə çalışdığını, buna görə də onu bir dəfə kürəyindən bıçaladığını qəbul edən Cabbari həmin vaxt orada olan başqa bir şəxsin Sarbandini öldürdüyünü iddia etmişdi.

Sarbandinin ailəsi isə cinayətin planlı şəkildə təşkil edildiyini, Cabbarinin bıçağı cinayətdən iki gün əvvəl aldığını qəbul etdiyini bildirirdi.

İnsan hüquqları təşkilatları da Cabbarinin ifadəsinin iranlı prokurorların təhdid və təzyiqləri nəticəsində alındığını, buna görə də yenidən mühakimə olunması lazım olduğunu qeyd edirdi.

BMT İranda bu il ərzində təxminən 250 nəfərin edam edildiyini açıqlayıb.

Qeyd edək ki, Reyhanə Cabbarinin edam edilməsi xəbərini vermişdik.

Tarix
2014.10.26 / 00:04
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla