Yuxarı

Misir mətbuatı müstəqillik günümüzdən yazdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Misir mətbuatı müstəqillik günümüzdən yazdı

Azərbaycan Respublikasının Müstəqillik Günü ilə əlaqədar Misirin nüfuzlu "Əl-Əxbar" qəzetinin sabiq baş redaktoru Məhəmməd Həsən Bənnanın "18 oktyabr - Müstəqillik Günü" sərlövhəli məqaləsi dərc edilib.

AzərTac xəbər verir ki, Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən müəllif Azərbaycan Respublikasının dünyəvi dövlət olduğunu xüsusi vurğulayıb. O, əhalisinin böyük əksəriyyətinin müsəlman olduğu Azərbaycanda digər dinlərə və millətlərə mənsub xalqların nümayəndələrin tolerantlıq mühitində yaşadıqlarını bildirib.

Müəllif Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevə istinad edərək Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi, Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etdiyini bildirib. Yazıda, həmçinin Azərbaycanın müstəqilliyin ilk illərində üzləşdiyi problemlərdən söhbət açılıb, Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunması barədə məlumat verilir.

Məqalədə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə qısa müddətdə daxili çəkişmələrin aradan qaldırıldığı, respublikamızın davamlı inkişaf mərhələsinə qədəm qoyduğu, "Əsrin müqaviləsi"nin imzalandığı, yeni neft strategiyasının həyata keçirilməsinə başlandığı oxucuların diqqətinə çatdırır.

Azərbaycanın Misir ilə sıx əməkdaşlıqda maraqlı olduğunu vurğulayan müəllif xüsusən enerji, turizm və digər sahələrdə əlaqələrin daha da inkişafının əhəmiyyətini bildirib. Yazıda, həmçinin ölkələrimizin səfirliklərinin ikitərəfli münasibətlərin inkişafında böyük rol oynadığı xüsusi qeyd olunub.

Tarix
2014.10.26 / 16:42
Müəllif
Axar.az
Digər xəbərlər

Qonşuda 47 ildə ilk: çöküş başladı, nazir istefa verdi

Ukraynaya növbəti humanitar yardım göndərildi

Ceyhun Bayramov Türkmənistana getdi

İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Müharibə başa çatsa da, onlar üçün gözlənti davam edir

Avqust Hanninqin casusluq işində Azərbaycanın adı...

Abramyan: Bakı çox böyük oyuna başlayıb

Prezident onlara müaciət ünvanladı

Bakıda daha bir mühüm konfrans başladı

Qardaşlıqdan ortaqlığa: Türkiyə və Yeni Azərbaycan - Kandemir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla