Yuxarı

Ermənistan parlamentində mandatlar bu cür bölünəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamenti növbədənkənar seçkisinin nəticəsinə görə 129 deputatdan təşkil olunacaq.

Axar.az xəbər verir ki, bu məlumatı “Armlur.am” saytı yayıb. Məlumata görə, partiya və blokların yığdıqları səs faizinə uyğun olaraq parlamentdə Mənim Addımım Bloku 86 deputat, Çiçəklənən Ermənistan Partiyası 25 deputat, İşıqlı Ermənistan Partiyası 18 deputatla təmsil olunacaq.

Qeyd edək ki, son parlament seçkisində Ermənistanda Mənim Addımım Bloku 70,43%, Çiçəklənən Ermənistan Partiyası 8,27%, İşıqlı Ermənistan Partiyası isə 6,37% səs toplayıb. Parlamentə keçid faizi partiyalar üçün 5, bloklar üçün 7% olduğuna görə, hazırda mümkün səs bariyerini cəmi 2 partiya və bir blok keçə bilib. Buna görə də yerdə qalan səs faizlərinin 3 siyasi güc arasında bölünməsi nəzərdə tutulub.

Ermənistan qanunlarına əsasən parlamentdə minimum 101 deputat olmalıdır. Buna rəğmən qanun istisna hallarda deputatların sayının 200-ə qədər artırılmasına da izn verir.

Bundan öncəki Ermənistan parlamentində cəmi 105 deputat olub.

Tarix
2018.12.10 / 11:59
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kəndlərin qaytarılmasını alqışlayırıq - Mişel

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla