Yuxarı

AB-dən Londona: Vaxt daralır, qərar ver

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB-dən Londona: Vaxt daralır, qərar ver

Avropa Şurasının sədri Donald Tusk İngiltərə Baş naziri Tereza Meyin parlamentdə bu gün keçirilməli olan Breksitlə bağlı səsvermənin təxirə salınması barədə açıqlamasına münasibət bildirib.

Axar.az xəbər verir ki, Tusk Breksit müqaviləsi və maddəsini yenidən müzakirə etməyəcəklərini bəyan edib.

"İngiltərənin təsdiqləmə prosesini necə asanlaşdıra biləcəyimizi müzakirə edə bilərik. Vaxt daralır, bu səbəbdən AB-nin müqaviləsiz ssenariyə nə qədər hazır olduğunu da müzakirə edəcəyik", - Tusk söyləyib.

Qeyd edək ki, Avropa İttifaqı ölkələrinin liderləri Breksit anlaşması ilə bağlı razılığa gəlmişdilər. Razılaşmaya görə, Britaniya 2019-cu ilin martın 29-da ittifaqdan ayrılmalıdır.

Parlament sözügedən razılaşma mətnini təsdiqləməyəcəyi təqdirdə London bu sənədsiz Birlikdən ayrılacaq ki, bu da ölkədəki duruma mənfi təsir göstərəcək.

Tereza Mey parlamentin təsdiqləməyəcəyi ehtimalının yüksək olduğunu bildirərək, bugünkü müzakirəni təxirə saldığını açıqlayıb.

Tarix
2018.12.11 / 08:15
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzinə gəldi - Video

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla