Yuxarı

Somalidə jurnalistin qatilləri edam edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Somalidə jurnalistin qatilləri edam edildi

Somalidə jurnalistin iki qatilini hamının gözləri önündə edam ediblər.

Axar.az RBC radiostansiyasına istinadən bildirir ki, jurnalist Məhəmməd Mahmud Tima-Kaddenin qətlində müqəssir bilinən 22 yaşlı Əli Bəşir Osman və 25 yaşlı Əbdüddəxi Şərif Osman hamının gözləri önündə güllələniblər.

Xatırladaq ki, qətl hadisəsi 2013-cü ilin noyabrında Maqodişidə baş vermişdi. Edam hökmü Moqadişi Polis Akademiyasında Ali Məhkəmənin hakimləri, Tima-Kaddenin ailə üzvləri, eləcə də digər jurnalistlərin gözləri önündə hərbçilər tərəfindən həyata keçirilib.

Yerli televiziyada işləyən Tima-Kadde ötən ilin əvvəlindən Somalidə qətlə yetirilən yeddinci jurnalistdir. Bu ölkə "Sərhədsiz reportyorlar" təşkilatının tərtib etdiyi mətbuata azadlıq cədvəlində 180 ölkə arasında 176-cı yeri tutur.

Tarix
2014.10.27 / 19:58
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları ilə bağlı dəyişiklik

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla