Yuxarı

Ankarada dəhşətli qatar qəzası: 9 ölü, 47 yaralı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ankarada dəhşətli qatar qəzası: 9 ölü, 47 yaralı - Video

08:59

Ankara-Konya sürət qatarı qəzaya uğrayıb.

Axar.az “Hürriyyət”ə istinadla xəbər verir ki, qatar Yeniməhəllə ilçəsinə bağlı Marşandiz stansiyasında relsdən çıxıb və yerüstü keçidə çırpılıb. Dağılan keçid vaqonların üstünə tökülüb. İki vaqonun aşdığı qəzada çoxsaylı insan yaralanıb. Dağıntılar altında da yaralılar var.

Hadisə yerli vaxtla 6:40-da (Bakı vaxtı ilə 7:40-da) baş verib.

***

Ankara valisi Vasif Şahin qəza nəticəsində 4 nəfərin öldüyünü, 43 nəfərin isə yaralandığını bildirib.

Vali qatarın şəhər ətrafına gedən qatarlardan biri ilə toqquşduğunu deyib.

***

Ankara Valiliyi qəzada 7 nəfərin öldüyünü, 3-ü ağır olmaqla 46 nəfərin yaralandığını açıqlayıb.

Qəza ilə bağlı istintaq başlayıb.

***

Türkiyə Nəqliyyat naziri Məhməd Cahid Turxan ölənlərin sayının artığını bildirib:

“Son nəticələrə əsasən, qəza nəticəsində 3 maşinist, 6 sərnişin həlak olub”.

Turxan ümumilikdə 9 nəfərin öldüyünü, 47 nəfərin yaralandığını açıqlayıb.

Tarix
2018.12.13 / 12:13
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla